Dünya

Səmada DƏHŞƏTLİ ANLAR - Sərnişin təyyarəsinin mühərrik qapağı qopdu - VİDEO

2 İyun 2025 10:06
Baxış: 1 094
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Tayvanda daxili reys zamanı təyyarənin mühərrikini örtən panel havada qoparaq təcili enişə səbəb olub.

Milli.Az yerli mətbauta istinadən xəbər verir ki, hadisə Kaohsiung şəhərindən Kinmen istiqamətində hərəkət edən sərnişin təyyarəsinin uçuşu zamanı baş verib.

Məlumata görə, mühərrik qapağı (panel) havada boşalaraq ayrılıb və ekipaj dərhal Kaohsiung hava limanına geri dönməyə qərar verib.

Təyyarə təhlükəsiz şəkildə eniş edib, sərnişinlər arasında xəsarət alan olmayıb. Aviaşirkət hadisə ilə bağlı araşdırmalara başladığını açıqlayıb.

Hazırda panelin qopmasına səbəb olan texniki nasazlıq müəyyənləşdirilir.

Kənan
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.