Dünya

Ərdoğan, Tramp, Putin və Zelenski görüşə bilər

30 May 2025 14:30
Baxış: 779
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İstanbulda aparılan danışıqlar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ev sahibliyi ilə ABŞ Prezidenti Donald Tramp, Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Vladimir Zelenski arasında görüşlə yekunlaşa bilər.

Milli.az xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan ukraynalı həmkarı Andrey Sibiha ilə birgə mətbuat konfransı zamanı bildirib.

O qeyd edib ki, Türkiyə İstanbul danışıqlarını yeni başlanğıc kimi qiymətləndirir:

"Biz sübut etdik ki, danışıqlar real nəticələr verə bilər. İstanbulda qazanılan sürətin davam etməsini istəyirik. Biz Ukraynanın ərazi bütövlüyünü, müstəqilliyini və suverenliyini tam dəstəkləyirik".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.