Xəbər verdiyimiz kimi, bir neçə gün öncə Fransa Prezidenti Emmanuel Makronla həyat yoldaşı Bricit Makron arasında gərgin anlar yaşanıb.
Milli.Az-ın "Express" və "New York Post" nəşrlərinə istinadla verdiyi xəbərə görə, hadisə zamanı Bricit Makron əri Emmanuel Makrona şillə vurub. Bu hadisədən sonra cütlüyün arasındakı dialoq və gərginlik diqqət mərkəzinə çevrilib.
Qəzetlər yazır ki, hadisənin əsl məğzini anlamaq üçün dodaq hərəkətini oxuyan ekspertlər cütlüyün dialoqunu analiz ediblər. Məlum olub ki, təyyarəni tərk edən zaman Makron həyat yoldaşına nəzakətlə əl uzadıb. Lakin Bricit onun bu jestini rədd edərək məhəccərdən yapışıb və ərinə sərt şəkildə belə deyib: "Məni rahat burax, uğursuz bədbəxt" .
Makron vəziyyəti sakitləşdirməyə çalışaraq: "Gəl bir də cəhd edək, xahiş edirəm" - deyib. Amma Bricit bu təklifə qısa və qəti bir cavab verib: "Yox."
Cütlüyün arasında baş verən bu dialoq Prezidentin "Başa düşürəm" sözləri ilə başa çatıb.
Hazırda nə Fransa Prezidenti, nə də birinci xanım məsələ ilə bağlı rəsmi açıqlama verib.
Fidan
Milli.Az