Dünya

Paraşüt təlimi kabusa çevrildi - 8 min metr hündürlükdə... - VİDEO

30 May 2025 13:22
Baxış: 942
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Çində paraplanerist Pənq Yutszyan (Peng Yujian) təlim zamanı gözlənilmədən güclü hava axını ilə 8598 metr yüksəklikdə buludların arasına qalxıb.

Həmin yüksəklikdə havanın temperaturu -40 dərəcəyə qədər enir, oksigen səviyyəsi isə həyati təhlükə yaradacaq dərəcədə azalır.

Milli.Az xəbər verir ki, hadisə South China Morning Post tərəfindən işıqlandırılıb. Məlumata görə, paraplanerist havada bir saatdan artıq müddətdə qalıb və yalnız bundan sonra eniş etməyə müvəffəq olub.

Pənq Yutszyan bildirib ki, o gün sadəcə 3000 metr hündürlükdə təlim planlaşdırıb. Lakin qəfil yaranan güclü yuxarı hava axını onu gözlənilmədən yüksəkliyə aparıb.

Paraplanerist hadisə zamanı ciddi oksigen çatışmazlığı yaşadığını, eyni zamanda üzündə və barmaqlarında donma izlərinin yarandığını qeyd edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.