Dünya

Gürcüstanın daxili işlər naziri istefa VERDİ

28 May 2025 11:37
Baxış: 525
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Gürcüstanın Baş nazirinin müavini, daxili işlər naziri Vaxtanq Qomelauri istefa verdiyini bəyan edib.

Milli.Az xəbər verir ki, bu barədə Gürcüstan KİV-i məlumat yayıb.

"Mən 10 ildən çoxdur ki, Gürcüstanın daxili işlər naziri, dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri və Baş nazirin müavini vəzifələrini tutmuşam. Əlbəttə, bu illər ərzində yüksək dövlət vəzifələrini tutmaq çox zəhmət tələb edən işdir. Bu gün, ölkədə sakit vəziyyət olduğu bir zamanda komandadan xahiş etdim ki, mənə ailəmə daha çox vaxt ayırmaq imkanı versinlər", - V.Qomelauri bəyanatında bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.