Dünya

Rusiya və Ukrayna arasında ən böyük əsir mübadiləsi başa çatdı

23 May 2025 17:46
Baxış: 679
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ prezidenti Donald Tramp Rusiya ilə Ukrayna arasında ən böyük hərbi əsir mübadiləsinin başa çatdığını açıqlayıb.

Milli.Az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp "Truth Social" sosial media platformasında məlumat verib.

İki ölkə İstanbulda keçirilən danışıqlarda min hərbi əsirinin qarşılıqlı azadlığa buraxılması barədə razılığa gəlib:

Tramp paylaşımında  "Rusiya ilə Ukrayna arasında böyük məhbus mübadiləsi yenicə tamamlandı. Bu, qısa zamanda qüvvəyə minəcək. Danışıqlar münasibətilə hər iki tərəfi təbrik edirəm. Bu, böyük bir şeyə gətirib çıxara bilərmi?" sözlərini qeyd edib.

Qeyd edək ki, Rusiya və Ukrayna nümayəndə heyətləri 16 mayda İstanbulda keçirilən görüşlərdə minə-min əsirin azad edilməsi barədə razılaşmışdılar. Bu razılaşma reallaşdığı təqdirdə müharibə ərzində ən genişmiqyaslı əsir mübadiləsi olacaq.

Görüşlərdə Ukrayna tərəfinə rəhbərlik edən müdafiə naziri Rüstem Umerov razılaşmanı təsdiqləyərək yaxın günlərdə mübadilənin həyata keçiriləcəyini açıqlamışdı. Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski də bu razılaşmanı təsdiqləyərək, "Yaxın günlərdə minə-min əsirin dəyişdirilməsi baş tutacaq", - deyə bildirmişdi.

Fidan
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.