Dünya

Tramp Qətərlə 1 trilyon dollardan çox dəyəri olan saziş imzaladı

14 May 2025 21:35
Baxış: 589
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ Prezidenti Donald Tramp Qətərlə 1 trilyon dollardan çox məbləğdə iqtisadi əməkdaşlıq sazişi imzalayıb.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, ABŞ prezidenti, Orta Şərqdə Amerika tərəfindən geniş istifadə edilən uzaqdan idarə olunan MQ-9B Reaper tipli səkkiz pilotsuz uçuş aparatının satışına razılıq verib.

Tramp, "Qətər Əmiri ilə uzunmüddətli dostluğunu" vurğulayıb və imzalanan sənədlər arasında "Boeing şirkətinin tarixində ən böyük təyyarə sifarişi"nin də yer aldığını bildirib. O, bu razılaşmanın dəyərinin 200 milyard dollar olduğunu və 160 təyyarəni əhatə etdiyini deyib.

Bu hadisə ABŞ prezidenti Trampın Qətərdən ABŞ hökumətinə bağışlanan və indiyədək verilmiş ən bahalı hədiyyə sayılan yeni "jumbo jet" üzərindən artan tənqidlər fonunda baş verib.

Qətər Əmiri Təmim bin Həmad Al Tani imzalanma mərasimində belə bildirib:
"Bu sənədlərin imzalanmasından sonra Qətərlə ABŞ arasındakı münasibətlər tamamilə yeni bir mərhələyə keçir."

"Bu, çox maraqlı bir neçə saat oldu. Ukraynadakı müharibə və İranla bağlı yüksək səviyyəli müzakirələr aparıldı."

Eyni zamanda, Tramp İranın hər hansı nüvə sazişi üçün əvvəlcə "terrora dəstəyi dayandırmalı" olduğunu bildirib.

Qətər lideri isə Trampı "sülh adamı" adlandıraraq onu yüksək qiymətləndirib.

Lalə Qüdrətova
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.