Dünya

"Papa olmaq istəyərdim"

30 Aprel 2025 13:30
Baxış: 563
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ prezidenti Donald Tramp yeni Papa ilə bağlı suala yumoristik tonla cavab verib.

Milli.Az xəbər verir ki, o, bu suala "Mən Papa olmaq istərdim. Bu, mənim bir nömrəli seçimim olardı"deyə cavab verib.

"Bilmirəm. Üstünlük hiss etmirəm. Amma deməliyəm ki, Nyu York adlı bir yerdən çox yaxşı bir kardinalımız var, görək nə olacaq".

Xatırladaq ki, Papa Fransisk aprelin 21-də vəfat edib. Bütün diqqətlər yeni Papanın kim olacağına yönəlib. Konklav yeni Roma Papasını seçmək üçün mayın 7-də çərşənbə günü toplanacaq. Konklavda 135 kardinalın iştirakı gözlənilir.

Fidan
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.