Dünya

Kadırov 17 yaşlı oğlunu yüksək vəzifəyə təyin etdi - FOTO

23 Aprel 2025 14:17
Baxış: 1 886
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Çeçenistan rəhbəri Ramzan Kadırovun oğlu - 17 yaşlı Adam Kadırov respublikanın Təhlükəsizlik Şurasının katibi elan edilib.

Milli.Az "Lenta.ru"ya istinadən xəbər verir ki, onun yeni vəzifəsi "Qroznı-İnform" dövlət xəbər agentliyinin qeydində göstərilib.

Çeçenistan hakimiyyəti isə Kadırovun oğlunun yeni vəzifə aldığını rəsmən açıqlamayıb. Eyni zamanda, Çeçenistan Respublikasının Təhlükəsizlik Şurasının saytında Kadırovun oğlu artıq katib kimi qeyd olunub.

Qeyd olunur ki, o buna qədər respublikanın Daxili İşlər Nazirliyinin kuratoru idi.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.