Dünya

Papanın ölüm səbəbi açıqlandı

22 Aprel 2025 00:05
Baxış: 313
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Roma Papası Fransisk komaya və ürək dayanmasına səbəb olan insultdan ölüb.

Milli.Az xəbər verir ki, bu barədə Vatikanın Səhiyyə və Gigiyena İdarəsinin direktoru, professor Andrea Arkangelinin hesabatına əsasən "Vatican News" məlumat yayıb.

"Tibbi sənəd göstərir ki, Papa əvvəllər ikitərəfli multimikrob pnevmoniya, çoxsaylı bronxoektaziya, arterial hipertoniya və II tip şəkərli diabet fonunda kəskin tənəffüs çatışmazlığı yaşayıb", - məlumatda bildirilib.

Qeyd edək ki, Roma Papası bu gün səhər saatlarında iqamətgahında vəfat edib. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.