"ABŞ hakimiyyəti ölkədə qanunsuz miqrantlara sığınacaq verən istənilən şəhər və ya ştatın federal maliyyədən məhrum edilə biləcəyinə dair sənəd hazırlayır".
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp "Trump Social" platformasında yazıb.
"Daha heç bir şəhər sığınacaq verməyəcək. Onlar qurbanları deyil, cinayətkarları müdafiə edirlər. Onlar ölkəmizi rüsvay edirlər və bütün dünyada gülüş doğururlar", - deyə o vurğulayıb.
Milli.Az