Dünya

"Amazon" Çindən malların sifarişlərini ləğv etdi

10 Aprel 2025 08:48
Baxış: 841
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Amazon.com Inc." Çin və digər Asiya ölkələrində istehsal edilən bir çox məhsul üçün sifarişləri ləğv edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi vəziyyətdən xəbərdar mənbələrə istinadən məlumat paylaşıb.

Onların sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp aprelin 2-də Çin, Vyetnam və Tailand daxil olmaqla, 180-dən çox ölkə və ərazidən idxala rüsum tətbiq etmək qərarını elan etdikdən sonra "Amazon"un bir neçə tədarükçüsü tərəfindən şezlonqlar, skuterlər, kondisionerlər və digər məhsullar üçün sifarişlər ləğv edilib.

Agentlik qeyd edib ki, sifarişlərin ləğv edilməsi müddəti "Amazon"un hərəkətlərinin məhz yeni rüsumların tətbiqi ilə əlaqəli olduğunu ehtimal etməyə imkan verir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.