Dünya

Tramp nəhəng şirkəti də vergi ilə hədələdi: "Ya zavod tik, ya da... "

9 Aprel 2025 18:56
Baxış: 617
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Tətbiq etdiyi gömrük rüsumları ilə dünyaya rəsmən müharibə elan edən ABŞ prezidenti Donald Tramp bu dəfə ən böyük müqaviləli çip istehsalçısı Tayvan "Semiconductor Manufacturing Company" ni hədələyib.

Milli.Az xarici mediaya istinadla xəbər verir ki, Tayvanın "Yarımkeçirici İstehsalat Şirkəti" (TSMC) ABŞ-da fabriklər inşa etməsə, 100 faizlik vergi ilə üzləşəcək.

Tramp bildirib ki, öz sektorunda dünyanın ən böyük şirkətlərindən biri olan şirkət ABŞ-da fabrik qurmasa, 100 faiz vergi ödəyəcək.

Keçmiş prezident Baydeni də tənqid edən Tramp Arizona ştatında TSMC tərəfindən qurulan obyekt üçün verilən 6,6 milyard dollarlıq qrant dəstəyi qərarını səhv addım hesab edir.

"Yarımkeçirici şirkətlərin pula ehtiyacı yoxdur. Mən onlara pul verməmişəm. Sadəcə dedim ki, fabrikinizi burada tikməsəniz, böyük vergi ödəyəcəksiniz", - Tramp deyib.

Fidan
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.