Tətbiq etdiyi gömrük rüsumları ilə dünyaya rəsmən müharibə elan edən ABŞ prezidenti Donald Tramp bu dəfə ən böyük müqaviləli çip istehsalçısı Tayvan "Semiconductor Manufacturing Company" ni hədələyib.
Milli.Az xarici mediaya istinadla xəbər verir ki, Tayvanın "Yarımkeçirici İstehsalat Şirkəti" (TSMC) ABŞ-da fabriklər inşa etməsə, 100 faizlik vergi ilə üzləşəcək.
Tramp bildirib ki, öz sektorunda dünyanın ən böyük şirkətlərindən biri olan şirkət ABŞ-da fabrik qurmasa, 100 faiz vergi ödəyəcək.
Keçmiş prezident Baydeni də tənqid edən Tramp Arizona ştatında TSMC tərəfindən qurulan obyekt üçün verilən 6,6 milyard dollarlıq qrant dəstəyi qərarını səhv addım hesab edir.
"Yarımkeçirici şirkətlərin pula ehtiyacı yoxdur. Mən onlara pul verməmişəm. Sadəcə dedim ki, fabrikinizi burada tikməsəniz, böyük vergi ödəyəcəksiniz", - Tramp deyib.
Fidan
Milli.Az