Dünya

Maskın qardaşı Trampa qarşı çıxdı - FOTO

9 Aprel 2025 19:55
Baxış: 496
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İlon Maskın qardaşı Kimbal Mask ABŞ prezidenti Donald Trampı tarif siyasətinə görə tənqid edib.

Milli.Az xəbər verir ki, bu barədə "NBC News" məlumat yayıb.

Onun sözlərinə görə, Trampın tarif strategiyası amerikalılar üçün daimi vergi deməkdir.

"Kim düşünə bilərdi ki, Tramp əslində Amerikanın nəsillər boyu ən çox vergi ödəyən prezidentidir. Tramp öz tarif strategiyası ilə Amerika istehlakçısına struktur, daimi vergi tətbiq edib", - Kimbal qardaşının "X" sosial media hesabında yazıb.

O əlavə edib ki, Tramp tariflər vasitəsilə yeni iş yerləri yaratmağa nail olsa belə, ölkədə qiymətlər hələ də yüksək olaraq qalacaq. Onun sözlərinə görə, istehlak vergisi "daha yüksək qiymətlər şəklində" qalacaq, çünki ABŞ hər şeyi istehsal edə bilməz.

"İstehlak vergisi həm də daha az istehlak deməkdir. Bu, daha az iş yerləri deməkdir. Bu da öz növbəsində daha az istehlaka gətirib çıxarır. Və sonra daha da az iş yerləri. Amerikanın inanılmaz güclü tərəfləri var. Biz bu güclü tərəflərimizdən istifadə etməli və zəif tərəflərimizlə oynamağa məcbur olmamalıyıq. Dünyanın qalan hissəsində də belədir", - deyə Kimbal fikrini yekunlaşdırıb.

NBC qeyd edir ki, Kimbal Mask İlon Maskın baş direktor vəzifəsini icra etdiyi "Tesla" şirkətinin direktorlar şurasının üzvüdür. Hər iki qardaş 1990-cı illərdə biznes karyeralarına başlayan "Zip2" adlı texnoloji startap qurublar. /Publika.az

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.