Dünya

İran və ABŞ arasında danışıqlar birbaşa keçiriləcək – Ağ Ev

9 Aprel 2025 08:50
Baxış: 494
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Aprelin 12-nə planlaşdırılan İran və ABŞ arasında danışıqların birbaşa formatda keçiriləcəyi təsdiqlənib.

Milli.Az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt jurnalistlər üçün keçirilən ənənəvi brifinqdə məlumat verib.

O, İran tərəfinin danışıqların vasitəçilər vasitəsilə aparılacağı ilə bağlı əvvəlki açıqlamalarına münasibət bildirərkən deyib: "Şənbə günü birbaşa danışıqlar olacaq. Lakin mən Prezident Trampı bu məsələ ilə bağlı əlavə təfərrüatların açıqlanmasında qabaqlamaq istəmirəm".

Qeyd edək ki, aprelin 7-də tərəflər arasında aparılan yazışmalar nəticəsində danışıqların ilk raundunun aprelin 12-də Omanda keçirilməsi barədə razılıq əldə olunmuşdu. Görüşdə İran tərəfindən diplomatik nümayəndə Abbas Araqçi, ABŞ tərəfindən isə Prezident Donald Trampın xüsusi elçisi Stiven Uitkoff iştirak edəcək.

ABŞ Prezidenti Tramp aprelin 7-də verdiyi açıqlamada İranla münasibətlərin birbaşa danışıqlar yolu ilə davam etdiriləcəyini bildirmişdi. Lakin İranın xarici işlər naziri isə Vaşinqtonun təzyiqindən yayınmaq məqsədilə vasitəçilər vasitəsilə danışıqlara üstünlük verdiklərini və Omandakı görüşdən sonra da bu formatı davam etdirməyi planlaşdırdıqlarını qeyd etmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.