Dünya

"SpaceX" 28 "Starlink" peykini orbitə çıxardı

6 Aprel 2025 17:09
Baxış: 374
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"SpaceX" şirkəti "Falcon 9" raketinin uğurlu buraxılışını həyata keçirərək "Starlink" qlobal internet layihəsinin əhatə dairəsini genişləndirmək məqsədilə 28 peykdən ibarət yeni partiyanı orbitə göndərib.

Trend xəbər verir ki, buraxılış ABŞ-ın Florida ştatındakı Kanaveral burnunda yerləşən Kosmik Qüvvələrin bazasındakı "Launch Complex 40"dan, şənbə günü yerli vaxtla saat 23:07-də baş tutub.

Təxminən bir saat sonra, peyklər raketin ikinci mərhələsindən ayrılaraq uğurla orbitə daxil olublar.

Qeyd edək ki, bu missiya çərçivəsində istifadə olunan "Falcon 9" raketinin birinci mərhələsi artıq 19-cu dəfə istifadə olunurdu. O, bu dəfə də uğurla ayrılaraq Atlantik okeanında yerləşən "Just Read the Instructions" adlı pilotsuz platformaya şaquli eniş edib.

"Starlink" layihəsi yüksək sürətli interneti dünyanın ən ucqar nöqtələrinə çatdırmaq məqsədi daşıyır və artıq on minlərlə peykdən ibarət sistem formalaşdırılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.