Təhsil

İmtahan vərəqinə "hörmət edəcəm" yazdı - FOTO

8 Aprel 2025 12:39
Baxış: 3 088
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Bəzi abituriyentlər imtahanlarda onlara təqdim olunan sual kitabçalarına qeyd əvəzinə "hörmət edəcəm" yazırlar".

Milli.Az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Bacarıqların, vərdişlərin qiymətləndirilməsi və markerlərlə iş şöbəsinin müdiri Aydın Qasımov deyib.

DİM nümayəndəsi bildirib ki, imtahanlarda yazılı cavab tələb edən tapşırıqlara bəzi abituriyentlər öz mobil nömrələrini və ya "hörmət edəcəm" qeydlərini yazır:

"Abituriyentlər belə yazaraq tapşırıqdan müsbət bal alacağını düşünür. Amma yoxlama zamanı əlbəttə ki, həmin tapşırıq üçün bal yazılmır". 

Asya
Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.