Texnologiya

"iPhone" telefonlarının bu modelində dizayn kəskin dəyişəcək - FOTO

8 Aprel 2025 13:14
Baxış: 1 112
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Apple" şirkəti "iPhone" smartfonlarının 20 illik yubileyi münasibətilə böyük bir dizayn inqilabına hazırlaşır. 

Milli.Az xəbər verir ki, bu barədə tanınmış texnologiya portalı 9to5Mac məlumat yayıb.

Məlumata görə, əsaslı dizayn dəyişikliyi yalnız "iPhone 19 Pro" modelində həyata keçiriləcək. Bu model "Apple" tarixində bir dönüş nöqtəsi olacaq. Dəyişikliklər arasında qatlanan "iPhone" modelinin də təqdim ediləcəyi gözlənilir, lakin şirkət bütün diqqətini tamamilə yenilənmiş Pro modelinə yönəldib.

Əgər planlarda dəyişiklik olmazsa, bu yeni "iPhone" modeli "Apple"ın keçmiş baş dizayneri Coni Ayvın uzun illər arzuladığı konsepti gerçəkləşdirə bilər. Ayv hər zaman "bir parça şüşə" kimi görünən, tam bənzərsiz bir "iPhone" dizaynı xəyal edib. 

Lakin son illərdə Apple daha qalın və funksional modellərə üstünlük verərək bu ideyadan uzaqlaşmışdı. Görünür ki, şirkət yenidən Ayvın estetik ideyalarına qayıdır.

Bu dönüşün ilk işartısı isə cari ilin sonunda təqdim olunması gözlənilən ultranazik "iPhone 17 Air" modeli ilə baş verəcək. "Apple"ın bu yeni yanaşması gələcək nəsil cihazların dizayn fəlsəfəsinə yön verəcək.Yeni dizaynlı iPhone modelləri həm texnologiya həvəskarlarında, həm də "Apple" istifadəçilərində böyük maraq doğuracaq. Gözlənilir ki, bu dəyişiklik şirkətin bazardakı mövqeyini daha da gücləndirsin.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.