Fransa Prezidenti Emmanuel Makron Ukraynada sülhlə bağlı Rusiya rəhbərliyi ilə danışıqlarda Avropanın nümayəndəsi ola bilər.
Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Britaniyanın "Deyli Telegraf" qəzeti Yelisey sarayındakı mənbəyə istinadən yazıb.
Bildirilib ki, Fransa lideri bu rolu uyğun an gələndə öz üzərinə götürməyə hazır olacaq, lakin mənbə bunun üçün vaxtın hələ gəlmədiyini vurğulayıb.
Milli.Az