Dünya

Bu şokolad markasının məhsulları təcili yığışdırılır: metal hissəcikləri TAPILDI

3 Aprel 2025 14:12
Baxış: 3 854
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İspaniyada Kataloniya səhiyyə orqanları "Choceur" markalı şokoladların metal parçaları ola biləcəyi barədə xəbərdarlıq edib.

Milli.Az xəbər verir ki, bu barədə İspaniya Qida Təhlükəsizliyi və Qidalanma Agentliyi (AESAN) məlumat yayıb.

ASESAN bu potensial təhlükə ilə bağlı xəbərdarlıq edərək, məhsulların geri qaytarılmasının vacibliyini vurğulayıb.   

Müayinələr nəticəsində müvafiq məhsulların ağız boşluğunda xəsarət və ya daxili qanaxma kimi ciddi sağlamlıq risklərinə səbəb ola biləcəyi bildirilib.

Qeyd olunub ki, geri çağırma 24.10.2025-ci il bitmə tarixi olan partiyanı əhatə edir. Məhsulu Bavariya, Baden-Vürtemberq, Hessen, Şimali Reyn-Vestfaliya, Reynland-Pfalz, Türingiya və Saarland əyalətlərində əldə etmək olar.

Məhsulun paylanmasına cavabdeh olan ALDI mağazalarında və internet saytında müştərilərini məlumatlandıraraq problemə aydınlıq gətirib və sözügedən məhsulu alan müştərilərdən məhsulları geri qaytarmasını istəyib. /BAKU.WS

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory