Dünya

Daha bir liman Orta Dəhlizə qoşulur

31 Mart 2025 17:40
Baxış: 396
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qazaxıstan və Sloveniya nəqliyyat və logistika sektorunda kommunikasiyaların əhatə dairəsinin genişləndirilməsi zərurətini müzakirə ediblər.

Milli.Az modern.az-a istinadla xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Sloveniya Prezidenti Nataşa Pirç Musar ilə danışıqların yekunlarına dair brifinqdə deyib.

Tokayev qeyd edib: "Biz Sloveniyanın Luka Koper dəniz limanının Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu layihəsinə cəlb edilməsi məsələsini müzakirə etdik. Deyə bilərik ki, ortaq fikrə gəlmişik. Biz səlahiyyətli orqanlara konkret tədbirlərin görülməsi ilə bağlı göstəriş vermişik".

Orta Dəhliz kimi də tanınan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə vasitəsilə Çin ilə Avropa ölkələrini birləşdirir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.