ABŞ Prezidenti Donald Tramp İranın nüvə proqramı ilə bağlı razılığa gəlmədiyi təqdirdə bombalanacağı barədə xəbərdarlıq edib.
Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Donald Tramp "NBC News"-a bildirib.
Tramp İranın razılığa gəlmədiyi təqdirdə misli görünməmiş bombardımana məruz qalacağını bildirib:
"Əgər onlar (İran) razılığa gəlməsələr, bombardman olacaq və bu, onların indiyədək heç vaxt görmədikləri bombardıman olacaq", - Tramp bəyan edib.
Milli.Az