Trampdan İrana AÇIQ TƏHDİD: Bu halda misli görünməmiş bombardımana məruz qalacaq

30 Mart 2025 18:45

ABŞ Prezidenti Donald Tramp İranın nüvə proqramı ilə bağlı razılığa gəlmədiyi təqdirdə bombalanacağı barədə xəbərdarlıq edib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Donald Tramp "NBC News"-a bildirib.

Tramp İranın razılığa gəlmədiyi təqdirdə misli görünməmiş bombardımana məruz qalacağını bildirib:

"Əgər onlar (İran) razılığa gəlməsələr, bombardman olacaq və bu, onların indiyədək heç vaxt görmədikləri bombardıman olacaq", - Tramp bəyan edib.

Milli.Az