Dünya

İran Vaşinqtonu ABŞ-Britaniya hərbi dəniz bazasına zərbə endirməklə hədələyib

30 Mart 2025 12:55
Baxış: 545
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İran ABŞ-ın istənilən hücumuna cavab olaraq Dieqo Qarsiyada yerləşən ABŞ-Böyük Britaniya hərbi dəniz bazasına zərbə endirəcək.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə "The Telegraph"ın İranın yüksək rütbəli hərbi rəsmisinə istinadən məlumat yayıb.

Rəsmi ABŞ tərəfindən İrana hücum edilərsə, Hind okeanındakı Britaniya-Amerika hərbi dəniz bazasının vurulacağını deyib:

"İrana hücum edilərsə, Britaniya və ya ABŞ qüvvələrinin hədəfə alınmasında heç bir fərq olmayacaq. Əgər bazanız amerikalılar tərəfindən istifadə edilərsə, hədəfə alınacaqsınız".

Qeyd edək ki, Vaşinqton sözügedən bazada uzaqmənzilli bombardmançı təyyarələrini yerləşdirib. ABŞ-ın Strateji Komandanlığının sözçüsü bu həftənin əvvəlində B-2 Spirit bombardmançılarının Çaqos adalarındakı Dieqo Qarsiya Dəniz Dəstək Mərkəzinə göndərildiyini təsdiqləyib.

Böyük Britaniya hökumətinin sözçüsü isə İranın bu təhdidlərini ən sərt şəkildə pislədiyini bildirib:

"Britaniya hökuməti gərginliyin azaldılmasını təşviq etmək üçün regiondakı tərəfdaşları ilə əməkdaşlığını davam etdirir. Dieqo Qarsiyadakı baza Böyük Britaniya və ABŞ-ın təhlükəsizliyi üçün həyati əhəmiyyət daşıyır və regional, eləcə də beynəlxalq təhlükəsizliyin qorunmasında mühüm rol oynayır."

Dieqo Qarsiyadakı hərbi baza daha əvvəl ABŞ-ın İraq və Əfqanıstana endirdiyi hava zərbələri üçün istifadə edilib. Bazanın mövcudluğu regionda genişmiqyaslı hava əməliyyatlarının həyata keçirilməsinə imkan yaradır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.