Dünya

Erməni separatçıların Rusiyadakı "nümayəndəliyinin" fəaliyyəti dayandırıldı

29 Mart 2025 15:47
Baxış: 613
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Erməni separatçıların Rusiyadakı "nümayəndəliyinin" fəaliyyəti dayandırılıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın "Past" qəzeti məlumat yayıb.

Bildirilir ki, 44 günlük müharibədən sonra da belə məlumatlar yayılmışdı, lakin sonradan təkzib edilmişdi.

Qeyd olunur ki, "nümayəndəlik" həqiqətən də o zaman fəaliyyətini davam etdirirdi, lakin bu yaxınlarda bağlanıb.

Diplomatik mənbələrə istinadla o da vurğulanır ki, separatçı rejimin ləğv edilməsindən sonra "nümayəndəliyin" funksiyalarının qismən Ermənistanın Rusiyadakı səfirliyinə ötürülməsi təklif olunmuşdu.

"Lakin məlumatımıza görə, bu mövzu da indi bağlanıb", - deyə qəzetdən bildirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.