Böyük Britaniyanın Nyukasl şəhərinin küçələrindən birinə səpələnmiş yüzlərlə səhifəlik məxfi hərbi sənəd tapılıb.
Milli.Az APA-ya istinadən xəbər verir ki, bu haqda BBC məlumat yayıb.
Məlumata görə, yoldan keçən şəxslərdən biri yerdə kağızla dolu torbanın olduğunu və bu kağızların Müdafiə Nazirliyinə aid məxfi sənədlər olduğunu görüb.
Sənədlərdə Britaniya hərbçilərinin adları və əlaqə nömrələri, habelə onlara təhkim olunan silahlarla bağlı məlumatlar olub. Bəzi sənədlərdə isə "məxfi" yazısı qeyd olunub.
Böyük Britaniya Müdafiə Nazirliyi martın baş vermiş insidentin təcili olaraq araşdırıldığını açıqlayıb.
Nazirlik aşkarlanmış sənədlərin idarənin nümayəndələrinə təhvil verildiyini təsdiqləsə də, əlavə məlumat verməyib.
Milli.Az