Dünya

Netanyahu: Girovlar geri qaytarılmasa, İsrail Qəzzanı alacaq

26 Mart 2025 19:36
Baxış: 1 074
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

İsrail Qəzza zolağında girovlar azad edilməyincə, HƏMAS hərəkatına təzyiq göstərməyə davam edəcək.

Milli.Az report-a istinadən xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu bildirib.

Baş nazir qeyd edib ki, HƏMAS girovları azad etməzsə, Qəzza zolağında bir sıra ərazilər İsrailin nəzarətinə keçəcək.

Xatırladaq ki, martın 18-də İsrail ordusu Qəzzada hərbi əməliyyatları bərpa edərək anklav ərazisinə kütləvi hava zərbələri endirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.