Çilinin şimalındakı Tarapaka bölgəsində 5,4 bal gücündə zəlzələ qeydə alınıb.
Milli.Az modern.az-a istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, yeraltı təkanların episentri 105 min insanın yaşadığı Alto Ospisio şəhərindən 123 km şərqdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur
Milli.Az