Dünya

Stomatoloq qadının səhvən çıxardığı dişini zorla yerinə saldı - müəmmalı ölüm

25 Mart 2025 14:48
Baxış: 828
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Çinli bir qadın həkim tərəfindən səhvən sağlam dişi çıxarıldıqdan sonra ölüb.

Milli.Az bildirir ki, bu barədə Oxu.Az SCMP qəzetinə istinadla xəbər verir.

Qəzetin yazdığına görə, 34 yaşlı qadın şəhər xəstəxanasında ağıl dişini çıxarmaq üçün əməliyyat olunmalı idi.

Lakin stomatoloq qadının səhvən sağlam dişinı çıxarıb və sonra məftildən istifadə edərək onu zorla yerinə salıb.

Qadının qardaşı əməliyyatın saat yarım davam etdiyini və keyləşdirmə aparılmadığını deyir. Nəticədə xəstənin üzü şişib və o, zaman keçdikcə daha da güclənən dözülməz ağrılar hiss etməyə başlayıb.

Bundan sonra qadın xəstəxananın pəncərələrinin altında ölü halda tapılıb. İlkin məlumata görə, o, tibb müəssisəsinin damından yıxılıb. Hadisənin baş vermə şəraiti müəyyənləşdirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.