Dünya

“Danışıqlar BMT-nin iştirakı ilə davam etdiriləcək”

25 Mart 2025 14:26
Baxış: 499
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Rusiya və ABŞ ekspert qrupları arasında ötən gün Ər-Riyadda keçirilən danışıqlar asan olmasa da, iki ölkə üçün faydalı oldu və bir çox problemlər müzakirə olundu".

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri və Rusiya nümayəndə heyətinin üzvlərindən biri Qriqori Karasin deyib.

O bildirib ki, görüşdə hər şey müzakirə olunub, zəngin və çətin dialoq olub, lakin ruslar və amerikalılar üçün çox faydalı danışıqlar aparılıb: "Bir çox problemlər müzakirə olundu. Təbii ki, hər şey həll olunmadı, hər şey razılaşdırılmadı, amma  yeni administrasiyanın gəlişini və ekspert qruplarının görüşünə gələn yeni siyasətçiləri nəzərə alsaq, belə bir söhbətin baş tutması yaxşıdır".

Karasin qeyd edib ki, Rusiya və ABŞ arasında danışıqlar beynəlxalq ictimaiyyətin, o cümlədən BMT və ayrı-ayrı ölkələrin iştirakı ilə davam etdiriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.