Dünya

2 aydır prezidentdir, administrasiyasına qarşı 150-dən çox iddia qaldırıldı

24 Mart 2025 13:00
Baxış: 533
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Donald Trampın prezidentlik müddətinin cəmi iki ayı keçdikdən sonra Amerika lideri artıq onun siyasi qərarlarını mübahisələndirən 150-dən çox iddia ilə mübarizə aparır.

Milli.Az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.

"ABŞ-nin bütün ərazisində hakimlər tez-tez administrasiya əleyhinə qərarlar çıxarır və bəzi hallarda prezidentin konqresin təsdiqi olmadan hərəkət edərək səlahiyyətlərini aşa biləcəyini bildirirlər", - nəşrin materialında deyilib.

Eyni zamanda, iddiaların böyük hissəsi miqrasiya siyasətinin sərtləşdirilməsi ilə bağlıdır. Həmçinin məhkəmələrdə dövlət qulluqçularının kütləvi işdən çıxarılması tez-tez mübahisələndirilir.

Tramp administrasiyası getdikcə daha çox məhkəmə əmrlərinə tabe olmamaqda və qanuna lazımi qaydada riayət etməməkdə ittiham olunur. /"Report"

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.