Dünya

Bu ərazidə əməliyyatlar BAŞLADI: sakinlər bölgəni təcili tərk etməyə çağırıldı

23 Mart 2025 18:26
Baxış: 5 505
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İsrail ordusu Qəzza zolağının cənubundakı Rəfah şəhərinin Tel-Sultan bölgəsinin sakinlərini şimala getməyə çağırıb.

Milli.Az-ın məlumatına görə, bu barədə İsrail Müdafiə Nazirliyinin sözçüsü Aviçai Edri bildirib.

Qeyd olunub ki, İsrail ordusu bölgədə antiterror əməliyyatına başlayıb.

Vurğulanıb ki, evakuasiya yalnız xüsusi ayrılmış marşrutlar üzrə mümkündür və avtomobillə hərəkət qadağandır. Bundan başqa, İsrail ordusunun mətbuat xidməti Qəzza zolağının şimalındakı Beyt Hanun bölgəsində quru əməliyyatına başlandığını elan edib.

Əməliyyat çərçivəsində İsrail qırıcıları HƏMAS-ın bir neçə hədəfinə zərbə endirib.

Xatırladaq ki, Qəzza zolağında quru əməliyyatı martın 19-da kütləvi hava zərbələrindən sonra bərpa olunub. İsrailin Baş naziri Benyamin Netanyahunun ofisi bildirib ki, HƏMAS vasitəçilərin təkliflərini qəbul etməkdən imtina etdiyi üçün döyüşlər davam edir. İsrail tərəfi vurğulayır ki, əməliyyatın məqsədi girovların azad edilməsidir. /Report.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.