Astronomlar ən uzaq məlum qalaktikada oksigen və ağır metallar aşkar ediblər.
Bu qalaktika Yerdən 13,4 milyard işıq ili uzaqlıqda yerləşir və kainatın ilk dövrlərində formalaşıb.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, kəşf barədə məlumat "The Astrophysical Journal və Astronomy Astrophysics" jurnallarında dərc olunub.
"JADES-GS-z14-0" qalaktikası 2024-cü ilin yanvar ayında Ceyms Uebb kosmik teleskopu vasitəsilə aşkar edilib. Bu teleskop insan gözünün görə bilmədiyi infraqırmızı işıqda kainatı müşahidə edir.
"JADES-GS-z14-0" qalaktikasından çıxan işığın Yerə çatması üçün 13,4 milyard işıq ili lazımdır. Buna görə də, Uebb və digər rəsədxanalar qalaktikanın 300 milyon il öncəki halını görürlər.
Astronomlar oksigen və ağır metalların mövcudluğunu aşkar edərək heyrətə gəliblər. Bu, kainatın ilk dövrlərində qalaktikaların gözləniləndən daha sürətli formalaşdığını göstərir.
Milli.Az