Dünya

Zelenski: Bu, geriyə doğru addımdır

21 Mart 2025 12:25
Baxış: 574
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ukrayna prezidenti Volodimir Zelenski hesab edir ki, Rusiya ilə Ukrayna arasında qismən atəşkəs rejiminin müzakirəsi müharibənin başa çatması kontekstində geriyə doğru addımdır.

Milli.Az bildirir ki, bunu o, Norveçin baş naziri Jonas Gahr Store ilə birgə mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Ukrayna və Amerika rəsmilərinin Ciddə görüşündə ABŞ tam atəşkəs təklif edib, Ukrayna isə daha real addım kimi havada və dənizdə atəşkəsin əldə olunmasında israr edib:

"Biz dərhal reaksiya verdik, çünki bu, Ukrayna nümayəndə heyətinin görüşə getdiyi gündəmdəki dəyişiklikdir. Mən təsdiqlədim: biz müharibənin sona çatması istiqamətində irəliləməyə hazırıq".

Lakin Donald Tramp və Vladimir Putin arasında aparılan danışıqlardan sonra yenidən qismən atəşkəs barədə söhbətlər başlayıb: "Bu geriyə doğru bir addımdır. Biz irəliyə doğru addımlar atmağa hazırıq, lakin geriyə getmək demək olan kompromislərə hazır deyilik". /Report.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.