Dünya

Putinin danışıqlardakı şərti - Ukraynadan bunu TƏLƏB EDİR

19 Mart 2025 19:29
Baxış: 518
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Martın 18-də Sənayeçilər və Sahibkarlar İttifaqının nümayəndələri ilə bağlı qapılar arxasında keçirilən görüşdə prezident Vladimir Putin bəyan edib ki, Krım, habelə ilhaq edilmiş Donetsk, Luqansk, Xerson və Zaporojye bölgələri danışıqlar zamanı Rusiya ərazisi kimi tanınsa, onda Moskva Ukraynanın Odessa və digər ərazilərinə iddia etməyəcək.

Milli.Az modern.az-a istinadən xəbər verir ki, bu barədə "Kommersant"ın xüsusi müxbiri Andrey Kolesnikov öz məqaləsində yazıb.

Kolesnikov görüşün bir neçə iştirakçısına istinadən iddia edir ki, tədbirin qapalı hissəsində Putin iş adamları ilə biznesdən deyil, Ukrayna və sülh danışıqlarından danışıb. Rusiya prezidenti deyib ki, Ukraynanın "az qan tökməklə" Krımın tanınması haqqında danışmağa başlamaq imkanı var idi.

Sonra aydın oldu ki, rəsmi Kiyev Luqansk və Donetsk "respublikaları"nın muxtariyyətinin tanınması barədə eşitmək istəməyib.

Jurnalistin həmsöhbətlərinin sözlərinə görə, Putin görüşdə bildirib ki, hazırda danışıqlar Krım, Donetsk, Luqansk, Xerson və Zaporojya vilayətlərinin Rusiyanın bir hissəsi kimi tanınması ilə bağlıdır.

Jurnalist məqaləsində bunu kimin etməli olduğunu göstərmir - yalnız Ukrayna, yoxsa ABŞ və Avropa?

Görüş iştirakçıları Kommersant"ın müxbiri qeyd ediblər ki, Vladimir Putinin fikrincə, Donald Trampla razılaşmaq mümkündür və ümumilikdə o, əslində Donald Trampa inanır.

Putinin iş adamları ilə bağlı qapılar arxasında görüşü Rusiya prezidentinin Donald Trampla telefon danışığından bir qədər əvvəl baş tutub.

Ukrayna prezidenti Vladimir Zelenski daha əvvəl Ukraynanın istənilən ərazisinin hüquqi tanınması imkanını Kiyev üçün "qırmızı xətt" adlandırmışdı. Zelenski həmçinin etiraf edib ki, hərbi əməliyyatlar başa çatdıqdan sonra bəzi ərazilər de-fakto Rusiyada qala bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.