Fransa Prezidenti Emmanuel Makron Lükse-sen-Sover aviabazasında çıxış edərək bildirib ki, Paris 2035-ci ildə Almaniya ilə sərhəddə zənginləşdirilmiş nüvə başlıqları ilə "Rafale" döyüş təyyarələrini yerləşdirəcək.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, onun çıxışı Yelisey sarayı tərəfindən "X" sosial şəbəkəsində yayımlanıb.
Makron qeyd edib ki, Avropa "müharibədən qaçmaq üçün müdafiə olunmağa, hazırlaşmağa və nüvə silahı ilə təchiz olunmağa davam etməlidir". Onun sözlərinə görə, Fransa nüvə arsenalını gücləndirəcək və "Rafale" üçün sifarişləri artıracaq.
Milli.Az