Dünya

ABŞ Ermənistana texnika göndərəcək?

17 Mart 2025 18:17
Baxış: 517
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ Silahlı Qüvvələri Almaniyada yerləşən bazalarından avadanlıq və nəqliyyat vasitələrini Ermənistan poliqonlarında yerləşdirməyi planlaşdırır.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı ABŞ-nin dövlət satınalmaları portalını araşdırma çərçivəsində "Russia Today" yayıb. 

Bildirilib ki, köçürmə Almaniyanın Dülmen bölgəsindəki bazadan Ermənistandakı Zar bazasına edilə bilər.

Prosesin iyulun 16-dan avqustun 7-nə qədər davam etməsi gözlənilir. 

Daşınma üzrə xidmətlərin göstərilməsinə dair tenderdə qeyd olunub ki, avadanlıqların Almaniyaya geri qaytarılması dövrü avqustun 21-dən sentyabrın 20-nə qədər göstərilib. 

Müqavilə, həmçinin avadanlıqların Ermənistandakı Armavir təlim poliqonundan Gürcüstanın Poti limanına daşınmasını da nəzərdə tutur. 

Qeyd olunub ki, ümumilikdə nəqliyyat vasitələri, generator və konteynerlər də daxil olmaqla 151 ədəd avadanlığın daşınması planlaşdırılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.