Dünya

Tramp martın 18-də Putinlə danışmaq niyyətindədir

17 Mart 2025 11:14
Baxış: 400
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ Prezidenti Donald Tramp martın 18-də rusiyalı həmkarı Vladimir Putinlə danışmağı planlaşdırdığını bildirib.

"Düşünürəm ki, bizimlə Rusiya arasında hər şey yaxşı gedir. Ola bilsin ki çərşənbə axşamına qədər nəsə elan edəcəyik. Mən çərşənbə axşamı Prezident Putinlə danışacağam", - Ağ Ev rəhbəri jurnalistlərə deyib.

Tramp bildirib ki, Putinlə söhbəti zamanı ərazilər məsələsini müzakirə etmək niyyətindədir.

"Biz ərazilərdən danışacağıq. Elektrik stansiyalarından danışacağıq, çünki bu, böyük məsələdir", - Tramp qeyd edib./APA

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.