Dünya

Şimali Makendoniyada matəm elan edildi

17 Mart 2025 08:47
Baxış: 548
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şimali Makedoniya hökuməti keçirdiyi növbədənkənar iclasda Koçanidə gecə klubunda baş verən faciəvi yanğına görə 7 günlük matəm elan edib.

Milli.Az xəbər verir ki, hökumət, həmçinin Dövlət Bazar Müfəttişliyinə Şimali Makedoniya ərazisində gecə klubları, diskotekalar və açıq havada olan obyektlərdə fövqəladə yoxlama aparmağı və yoxlamanın nəticələri barədə yaxın üç gün ərzində hökumətə dərhal məlumat verməyi, onların şərtlərə uyğun olub-olmadığını müəyyən etməyi tapşırıb.

"Hər kəs qərara tabe olmalıdır, çünki itaətsizliyə görə cəzalar ağır olacaq. Bu günlərdə Xarici İşlər Nazirliyi baş vermiş böyük qəza ilə bağlı nazirlik daxilində başsağlığı kitabı açacaq", - elanda deyilir.

Qeyd edək son məlumata əsasən faciədə 59 nəfər ölüb, 151 nəfər yaralanıb. Onlardan 18-nin vəziyyəti ağırdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.