Dünya

Ukraynanı sülh masasında onlar təmsil edəcək

16 Mart 2025 12:44
Baxış: 685
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukrayna prezidenti Volodimir Zelenski Ukrayna tərəfini Rusiya ilə sülh danışıqlarında təmsil edəcək hökumət üzvlərinin siyahısını təsdiqləyib.

Milli.Az  xəbər verir ki, onların arasında ölkənin Prezident Ofisinin rəhbəri Andrey Yermak, Prezident Ofisi rəhbərinin müavini Pavel Palisa, xarici işlər naziri Andrey Sibiqa, müdafiə naziri Rustam Umerov yer alıb.

Nümayəndə heyətinə A. Yermak rəhbərlik edəcək.

Ukrayna Prezidenti Volodimir Zelenski tərəflər arasında Ciddə danışıqlarını şərh edib.

O deyib ki, danışıqlarda ölkəsinin ərazi bütövlüyü, eləcə də Ukrayna ərazisində sülhməramlı kontingentin yerləşdirilməsinin mümkünlüyü ətrafında müzakirələr aparılıb.

Learn More

Ukrayna lideri Böyük Britaniya və Fransanın rolunu da xüsusi qeyd edib. Eyni zamanda V. Zelenski deyib ki, tərəfdaşları ölkəsi üçün "qırmızı xətt"in mövcudluğu barədə məlumatlıdır.

Zelenski ölkəsinin postmüharibə dövründə bərpası prosesində ABŞ və Avropanın iştirakına ümidvar olduğunu sözlərinə əlavə edib. /APA

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.