Dünya

"Rəqəmsal dünyada insan beyni əsas rol oynayır"

16 Mart 2025 06:33
Baxış: 322
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Rəqəmsal transformasiya dünyada baş verən dəyişikliklərə uyğun olaraq insan beyninə təsir göstərir".

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bunu XII Qlobal Bakı Forumu çərçivəsində "Qlobal sağlamlıq böhranla üz-üzə: Hazırlıq və bərabərlikdə yeni sərhədlər" adlı panel müzakirədə Böyük Britaniyanın Lordlar Palatasının üzvü Süzan Qrinfild deyib.

"Rəqəmsal dünyada insan beyni bir növ bünövrə rolunu oynayır. Əgər dünyada baş verənlər müsbət məcrada gedirsə, sizin beyniniz də buna köklənir, lakin neqativ tendensiyalar beynin qavrama və analiz etmə funksiyalarına mənfi təsir edə bilər".

Qrinfild, həmçinin rəqəmsal informasiya axınının insan psixikasına təsiri ilə bağlı narahatlığını dilə gətirib:

"Bəzən biz internet vasitəsilə gənclərin beyninin yuyulmasına dair fikirlər eşidirik. Buna ciddi diqqət yetirməliyik, çünki bu, insanların qavrama və dərketmə qabiliyyətlərində problemlərin yaranmasına səbəb ola bilər".

O, rəqəmsal texnologiyaların inkişafı ilə paralel olaraq beynin sağlamlığına yönəlmiş elmi araşdırmaların və maarifləndirmə tədbirlərinin vacibliyini vurğulayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.