Dünya

Türkəsilli xanıma vəzifə verilir

14 Mart 2025 07:57
Baxış: 1 220
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ Prezidenti Donald Tramp Nəqliyyat Nazirliyində vəzifəyə gələ biləcək şəxslərin adlarını açıqlayıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, irəli sürülən adlar arasında türkəsilli amerikalı həkim və aparıcı Mehmet Özün bacısı Seval Özün də adı var. O, ABŞ nəqliyyat nazirinin müavini vəzifəsinə namizəd göstərilib.

Qeyd edək ki, Seval Öz Massaçusets Texnologiya İnstitutunda elektronika təhsili alıb. O, daha əvvəl "Google" və avtomobil nəhəngi "Continental"da yüksək vəzifələrdə çalışıb.

Xatırladaq ki, Tramp daha əvvəl Mehmet Özü "Medicare" və "Medicaid" Xidmət Mərkəzinin sədri vəzifəsinə namizədliyini irəli sürmüşdü.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.