Dünya

“İndi Rusiya “hə-yox” deməlidir”

12 Mart 2025 09:48
Baxış: 605
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ administrasiyası Ukraynada atəşkəslə bağlı təklifi Rusiyaya çatdırmağı planlaşdırır və Moskvadan müsbət cavab alacağına ümid edir.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri Səudiyyə Ərəbistanında Ukrayna nümayəndə heyəti ilə danışıqların yekunu üzrə danışan Dövlət katibi Marko Rubio deyib.

"Biz onlara deyəcəyik: Masada olan budur. Ukrayna atəşi dayandırmağa və danışıqlara başlamağa hazırdır və indi ruslar "hə" və ya "yox" deməli olacaqlar", - o bildirib.

Qeyd edək ki, bu gün Ciddədə baş tutan danışıqlarda Ukrayna ABŞ-nin 30 günlük dərhal atəşkəs təklifini qəbul edib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.