Dünya

Özbəkistanda güclü partlayış: Ölənlər və yaralananlar var

11 Mart 2025 17:23
Baxış: 982
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Özbəkistanda "Navoiazot" adlı böyük kimya zavodunda güclü partlayış baş verib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, partlayış nəticədə yanğın baş verib. Bir nəfər ölüb, 11 nəfər yaralanıb.

Hazırda yanğının söndürülməsi üzrə işlər davam edir.

Hadisə ilə bağlı araşdırma aparılır.

Qeyd edək ki, "Navoiazot" Özbəkistanda 1964-cü ildə istifadəyə verilmiş ən böyük kimya müəssisəsidir. Zavod azot gübrələri, nitron lifi və inteqrasiya olunmuş üzvi sintez məhsullarının istehsalı üzrə ixtisaslaşıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.