Dünya

Rəssamın 4 milyonunu oğurlayan azərbaycanlı aeroportda saxlanıldı

11 Mart 2025 11:16
Baxış: 658
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın Sankt-Peterburq şəhərində 2 il əvvəl oğurluq edən azərbaycanlı saxlanılıb.

Milli.Az Rusiya mediasına istinadən xəbər verir ki, cinayət axtarış şöbəsi Stieqlitz Akademiyasının dosenti olan rəssamdan 4 milyon rubl oğurlamaqda şübhəli bilinən 37 yaşlı Azərbaycan vətəndaşını Vnukovo hava limanında saxlayıb.

Bu barədə məlumatı Daxili İşlər Nazirliyinin Sankt-Peterburq və Leninqrad vilayəti üzrə Baş İdarəsinin mətbuat xidməti verib.

Hadisə 2023-cü ilin payızında baş verib. 64 yaşlı təqaüdçü Sankt-Peterburqun Petroqradski rayonunun polisinə müraciət edərək, oğurluqla bağlı məlumat verib. O, bir nəfərin ona məxsus Qatçinskaya ünvanında yerləşən emalatxanaya daxil olaraq onun şkafından 4 milyon 166 min rubl (təxminən 80 min 749 manat) oğurladığını və "Solaris"lə qaçdığını deyib.

Böyük oğurluqla bağlı cinayət işi araşdırılır./lent.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.