Dünya

Almaniyada məktəb avtobusu tramvayla toqquşdu - Xeyli yaralı var

10 Mart 2025 21:28
Baxış: 591
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Almaniyanın Münxen şəhərində məktəb avtobusu ilə tramvayın toqquşması nəticəsində doqquzu uşaq olmaqla 12 nəfər xəsarət alıb.

Bu barədə "Bild" nəşri məlumat yayıb.

Qəza zamanı tramvay relsdən çıxıb, avtobus isə yararsız hala düşüb. Məlumata görə avtobusun sürücüsünün vəziyyəti ağırdır.

Hadisə yerinə təcili tibbi yardım və yanğınsöndürmə briqadaları cəlb olunub. Yaralılar xəstəxanaya yerləşdirilib və onların vəziyyəti nəzarət altında saxlanılır.

Qəzanın səbəbləri araşdırılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.