Dünya

Yəhudi icması Azərbaycanla bağlı Trampa müraciət etdi

10 Mart 2025 08:20
Baxış: 1 268
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ yəhudi icmasının 50-dən çox ravvini İbrahim razılaşmalarının genişləndirilməsi ilə bağlı Prezident Donald Trampa müraciət edib.

Milli.Az axar.az-a istinadən bildirir ki, ravvinlər türk dövlətlərindən Azərbaycan, Qazaxıstan və Özbəkistanın bu razılaşmaya daxil edilməsini istəyirlər.

Xatırladaq ki, İbrahim razılaşmaları İsrail və ərəb dövlətləri arasında münasibətlərin normallaşdırılmasını nəzərdə tutur.

Müraciətdə həmçinin Azərbaycana qarşı 907-ci düzəlişin ləğv edilməsinin zəruriliyi ilə qeyd olunub.

1992-ci ildə Birləşmiş Ştatlar keçmiş Sovet respublikalarına iqtisadi dəstək vermək üçün qəbul edilən Azadlığa Dəstək Aktının 907-ci maddəsini qəbul edib. Dəyişiklik Azərbaycan hökumətinə yardım göstərilməsinə imkan vermir.

2001-ci ildə, 11 sentyabrdan sonra Buş administrasiyası Əfqanıstanda hərbi əməliyyatlar aparmaq üçün Azərbaycanla əməkdaşlığa ehtiyac duyduğundan, bu düzəlişdən müvəqqəti imtina etmişdi.

Bununla belə, 2023-cü ildən ABŞ bu qadağanı bərpa edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.