Dünya

Zelenskinin dizayneri azərbaycanlı imiş... - dünyaya mesaj - FOTO

7 Mart 2025 08:12
Baxış: 2 065
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukrayna Prezidenti Volodimir Zelenskinin dizayneri Elvira Həsənova dövlət başçısının qalmaqalla yadda qalan ABŞ səfərində geyindiyi geyim tərzini şərh edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, o bu barədə "Financial Times" qəzetinə müsahibəsində danışıb.

"Onun geyiminin mahiyyəti sadəcə zahiri görkəm üçün deyil. Bu, Zelenskinin dünyaya mesajının bir hissəsidir və mahiyyəti onun xalqının yanında olduğunun isbatıdır... O, müharibə dövrünün lideridir. Müharibə dövründə siyasətçilərə belə kostyumlar lazım deyil. Əsgərlərimiz döyüşəndə, insanlarımız sığınacaqda olanda kostyum geyinə bilmərik. Bu, seçim dəbdən daha çox şey ifadə edir. Bu tərz Ukrayna liderinin bir növ ünsiyyət vasitəsidir".

Xatırladaq ki, Ağ Evdə keçirilən qalmaqallı Tramp-Zelenski görüşü zamanı Ukrayna Prezidentinin geyim tərzi tənqid edilib və Tramp ona "sənin ümumiyyətlə kostyumun var?" sualı ünvanlayıb.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.