Dünya

ABŞ-dən Ukraynaya daha bir zərbə

6 Mart 2025 09:22
Baxış: 1 264
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ Ukrayna Silahlı Qüvvələrində xidmətdə olan HIMARS sistemlərinin fəaliyyətini dayandırıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "The Economist"in müxbiri Oliver Karroll etibarlı mənbələrə istinadən məlumat yayıb.

O bildirib ki, ABŞ Kiyev vaxtı ilə saat 14:00-da hava hücumları barədə xəbərdarlıq etmək üçün əsas rabitə xəttini kəsib. Ukraynanın uzaqmənzilli zərbələr endirmək üçün artıq real vaxt məlumatı almadığı qeyd edilib.

Qeyd edək ki, bundan əvvəl ABŞ Kiyev ilə kəşfiyyat məlumat mübadiləsini dayandırıb.

Xatırladaq ki, martın 4-də Ağ Ev Ukraynaya hərbi yardımın dayandırıldığını rəsmən təsdiqləyib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.